Hamiləlik adı ilə vətəndaşları aldadan İŞBAZ -DİQQƏT!!!backend

Hamiləlik adı ilə vətəndaşları aldadan İŞBAZ -DİQQƏT!!!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lent.az saytının redaktoru Səbinə Əvəzqızı şəxsi \”Facebook\” hesabında 3 ay əvvəl \”Xətai\” klinikasının yaxınlığında hamilə qadına rast gəlməsi ilə bağlı məlumat paylaşıb.

İşbaz xanım S. Əvəzqızına doğuma az qaldığını və yeməyə çörəyinin olmamasını bildirib. Xanım jurnalist isə üstündə olan bütün bir manatları hamilə xanıma verib:

“Hətta dedim ki, biz mediada yardım kompaniyası təşkil edib doğum üçün pulsuz həkim də tapmağa çalışarıq. Dedi ki, yox, çox utanar mətbuatda şəklinin yayılmasına. Mən də qüruru inciməsin deyə israr etmədim. Bu gün onu bir də eyni vəziyyətdə görəndə anladım ki, keçən dəfə mənə əməllicə \”atıb\”. Artıq hamiləliyi də \”moşennikliyə\” çeviriblər”, – deyən xanım jurnalist medianı və vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

İnterpress.az həmin xanımın fotosonu təqdim edir.

Hamiləlik adı ilə vətəndaşları aldadan İŞBAZ -DİQQƏT!!!

Gülşanə Mustafayeva
İnterpress.az