Akif Çovdarov aclıq aksiyasını dayandırdıbackend

Akif Çovdarov aclıq aksiyasını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi və jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə bildirilib ki, A. Çovdarovun səhhəti ilə bağlı ekspertiza keçirilməsi haqqında ötən iclaslarda vəkillər tərəfindən verilən vəsatətə ekspert rəy verib. Rəydə bildirilib ki, A. Çovdarov 40 gündən artıq aclıq aksiyası keçirdiyindən onun səhhəti ilə bağlı ekspertiza keçirmək mümkün deyil. Buna münasibət bildirən A. Çovdarov aclıq aksiyasını dayandırdığını deyib.

Onun ekspertizadan keçirilməsi üçün məhkəmə dekabrın 19-dək təxirə salınıb. A. Çovdarov ekspertizadan keçirildikdən sonra iclas davam edəcək.

İnterpress.az