“İnsan haqları ticarətə mane olmamalıdır”backend

“İnsan haqları ticarətə mane olmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”The İndependent\” yazır ki, Britaniyanın baş naziri Yaxın Şərqə səfərinin ərəfəsində bəyanatla çıxış edib.

Theresa May deyib ki, Britaniyanın Körfəz ölkələri ilə ticarətinə bu ölkələrdə insan haqlarının vəziyyəti mane olmamalıdır.
Xanım May Körfəz Əməkdaşlıq Şurasının Bəhreyndə keçiriləcək sammitinə qatılan ilk Britaniya hökumət başçısı və ilk qadın olacaq.
Theresa May israr edib ki, əksinə bu ölkələrlə sıx iqtisadi-ticari əlaqələr Britaniyaya, insan haqları dəyərlərinin təlqin edilməsi üçün daha böyük təsir qüvvəsi verəcək.

Səfərqabağı çıxış edən baş nazir deyib ki, o Britaniya və Körfəz ölkələri arasında münasibətlərinin yeni səhifəsini açmaq niyyətindədir.
\”Heç şübhə yoxdur ki, Birləşmiş Krallıqda bəziləri bu ölkələrlə onların insan haqları tarixçəsinə görə güclü ticarət və təhlükəsizlik bağlarına malik olmamamağa çağıracaqlar, – deyib xanım May, – Lakin biz öz dəyərlərimizi və insan haqlarını onlara arxa çevirməklə qoruya bilmərik\”.
Theresa May deyib ki, əksinə bu ölkələrlə sıx əlaqələr onları islahatlara sövq edə bilər.

Baş nazir bildirib ki, bu, Britaniyanı bütün dünyada xeyir qüvvəsinə çevirməyin və \”insanlarımızın təhlükəsizliyini qorumağın\” yeganə yoludur.
\”Bu il Birləşmiş Kralııqla Bəhreyn arasında münasibətlərin 200 ili, Səudiyyə Ərəbistanı ilə əlaqələrin bir əsri tamam olur, lakin son illərdə bizim münasibətlərimiz bu qədimliyə heç də uyğun olmayıb. Mən bu vəziyyəti dəyişmək fikrindəyəm\” – deyib Britaniyanın baş naziri.
O deyib ki, bu ölkələrlə birlikdə terrorçu hücumların qarşının alınması sahəsində görüləcək çoxlu işlər var.

Theresa May deyib ki, yalnız bu şəkildə Körfəz ölkələrində islahatların keçirilməsinə töhfə vermək olar.
Görüş qarşıdan gələn çərşənbə günü ziyafətlə açılacaq.

İnterpress.az