Azay Quliyev Makedoniyaya gedirbackend

Azay Quliyev Makedoniyaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

A. Quliyev dekabrın 8-dən 13-dək Makedoniyanın Skopye şəhərində səfərdə olacaq. O, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək. Deputat səfər çərçivəsində Makedoniyanın dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirəcək, seçki məntəqələrində səsvermənin gedişini, səslərin hesablanması prosesini izləyəcək.

Milli Məclisin deputatları Rafael Hüseynov və Sahibə Qafarova isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak edəcəklər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov AŞPA-nın Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfərə gedəcək.
Tədbirdə korrupsiyaya qarşı parlament nəzarəti, onlayn-media və jurnalistika, Avropada media azadlığı, jurnalistlərin statusu, milli azlıqlar və region dillərinin qorunması məsələləri müzakirə olunacaq. Səfər dekabrın 11-də başa çatacaq.

Dekabrın 6-7-də Parisdə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin iclaslarında Milli Məclisin deputatı Sahibə Qafarova iştirak edəcək. İclaslarda internetdə nifrətin və ayrı-seçkiliyin qarşısının alınması, dini azlıqlarda uşaq və ailə hüquqlarının qorunması, əlil şəxslərin siyasi hüquqları, miqrantlar problemi, qaçqınların sığındıqları ölkələrə inteqrasiyası, Fələstinin Qəzza şəhərində humanitar böhran, Yunanıstanda qaçqınlar problemi, 2017-ci ildə görüləcək işlər və digər mövzularda müzakirələr aparılacaq. Səfər dekabrın 10-da başa çatacaq.

İnterpress.az