İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Moskvaya işgüzar səfərindən qabaq Türkiyənin baş naziri Binali Yıldırım bildirib.
\”Bu, Şimali Kipr və Azərbaycana olan ənənəvi səfərlərdən sonra xaricə ilk səfərimdir. Biz Rusiya baş naziri Dmitriy Medvedevlə, prezident Vladimir Putinlə və Federasiya Şurasının rəhbəri Valentin Matvienko ilə görüşlər keçirəcik.
Moskvadan sonra Kazan şəhərini ziyarət edəcik və Tatarstan prezidenti Rüstəm Minnixanovla görüşəcik.
Görüşlərdə iki ölkə arasında viza rejiminin ləğv edilməsi ən böyük gözləntimizdir”, – Binali Yıldırım Ankara aeroportunda jurnalistlərə bildirib.
İnterpress.az