İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, o, dekabrın 5-də ürək tutmasından Çennae şəhərindəki xəstəxanada dünyasını dəyişib.
Ölkədə bütün bayraqlar endirilib. Cayalalitanın 4 dəfə böyük nazir olduğu Tamilanda ştatında isə 7 günlük matəm elan olunub.
Xatırladaq ki, Cayaram Cayalalita Hindistan kinosunun keçmiş aktyoru, məşhur siyasətçidir.
O, ötən ilin may ayında 4-cü dəfə Tamilanda ştatının böyük naziri seçilib.
Cayalalita ştatda qadınların həyat şəraitinin yaxşılaşmasına nail olan siyasətçi kimi də tanınırdı.
İnterpress.az