İnterpress.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror E.Mustafaoğluna 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.
E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
İnterpress.az