Repetitorlarla müqavilə bağlanacaqbackend

Repetitorlarla müqavilə bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

Amma bu gün üçün həmin məsələnin konkret məqsəd kimi qarşıya qoyulmadığını deyən M.Vəliyevanın sözlərinə görə, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyətin təşkili üçün müqavilələrin bağlanması barədə qərar verib. Həmin qərara əsasən, BŞTİ hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq, məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir.

M.Vəliyevanın sözlərinə görə, məktəblərdə təşkilinə icazə verilən fəaliyyətlər müxtəlif dərnəklərin təşkilidir ki, onların da arasında idman, yaradıcılıq dərnəkləri üstünlük təşkil edir: \”Artıq hüquqi və fiziki şəxslər tərəfindən bu istiqamətlər üzrə fəaliyyətlərin təşkili üçün idarəyə müraciətlər edilib və müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb. Bunun da sayəsində valideynlərin əlavə ödənişləri hesabına məktəblərdə əlavə xidmətlər göstərilir\”.

M.Vəliyeva deyib ki, əlavə xidmətlərin qiymətləri BŞTİ tərəfindən müəyyənləşdirilir. Bu qiymətlər məktəblər üçün fərqli olur. Qiymət müəyyənləşdirilməsi zamanı məktəbin yerləşdiyi ərazi, onun sahəsi, məktəbin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzərə alınır. Müəllimlərin repetitorluğu məsələsinə gəlincə bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Yaxın gələcəkdə bununla bağlı birgə fəaliyyət müqavilələrin imzalanması yəqin ki müəllimlərə də şamil olunacaq.

[b]İnterpress.az[/b