Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub.
Bunu İnterpress.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehanqızı bildirib.
\”Günortadan sonra axsam saat 18:00-a qədər olan reyslərin hərəkətinə məhdudiyyət qoyulub. Əgər hava şəraiti sabah da əlverişsiz olarsa, Bakı-Şamaxı istiqamətinə gedən avtobusların hərəkətinə məhdudiyyət qoyula bilər. Qeyd edim ki, Bakı Beynəlxalq Avtovağzalından sonuncu reys 18:00-da hərəkət edir. Təhlükəsizlik məqsədilə axşam saatlarında həyata keçiriləcək 3 reys təxirə salınıb. Amma gün ərzində yola salınan reyslərdə heç bir problem olmayıb. Şamaxı istiqamətində qar çox yağdığından yollar buz bağlayıb\”,- deyə əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az