Deputatlar Brüsseldə Dağlıq Qarabağı müzakirə edəcəkbackend

Deputatlar Brüsseldə Dağlıq Qarabağı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, millət vəkilləri “Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər. Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq Tərəfdaşlarının ərazilərində – Krım, Donbass, Transnistria, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda insan hüquqlarının və fundamental azadlıqların icrasına təsirini araşdırmaqdır.

Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət strukturlarının ekspertləri iştirak edəcəklər. Deputatlarımız toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər.

Səfər dekabrın 9-da başa çatacaq.

İnterpress.az