ABŞ-ın yeni müdafiə naziribackend

ABŞ-ın yeni müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“RİA Novosti”nin verdiyi xəbərə görə, Tamp qərarını Şimali Karolina ştatında çıxışı zamanı açıqlayıb.

“Hərbi strategiyamızın uğurlu olması üçün bizə Müdafiə Nazirliyinə rəhbərlik edə biləcək doğru adam lazımdır. Buna görə də mən bu gün müdafiə naziri postuna general Ceyms Mettisin namizədliyini irəli sürmək niyyətində olduğumu məmnuniyyətlə elan edirəm”, – deyə Tramp bildirib.

Tramp Mettisi ABŞ-ın onilliklər boyu ən uğurlu generalı adlandırıb.

Qeyd edək ki, Ceyms Mettisin 66 yaşı var. O, 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub. O, bu postda 2010-2013-cü illərdə çalışıb. Hərbi xidmət dövründə “Quduz köpək” ləqəbi qazanıb.

İnterpress.az