ABŞ polisi BƏƏ-dən olan tələbəni öldürübbackend

ABŞ polisi BƏƏ-dən olan tələbəni öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, hadisə dekabrın 4-də baş verib. Polisə avtomobil yollarından birində yol hərəkəti qaydalarının pozulması barədə məlumat daxil olub. Polisdən verilən xəbərə görə, yolda təhlükəli manevrlər edən avtomobil idarəetməni itirərək aşıb, sürücü isə qaçaraq yaxınlıqdakı meşə zolağında gizlənib. Tələbə ilə onu aşkarlayan polis arasında ziddiyyət yaranıb, nəticədə asayiş keşikçisi xidməti silahdan atəş açaraq gənci başından yaralayıb. Tələbə hadisə yerində ölüb.

Klivlend Universitetin tələbəsi 26 yaşlı Saif Nasser Mübarək Alamerinin ölümü qətl kimi araşdırılır. Onu öldürən polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Məlumata görə, insident zamanı polis də yüngül xəsarətlər alıb.

İnterpress.az