Müəllim və valideynlərin müraciəti dinləniləcəkbackend

Müəllim və valideynlərin müraciəti dinləniləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən –İnterpress.aza bildirilib ki, Bakıdakı 311 nömrəli tam orta məktəbdə (Ünvan: Sabunçu rayonu, Şəhər şossesi, döngə 6) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

İnterpress.az