Apteklərdə saxta dərmanlar varbackend

Apteklərdə saxta dərmanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə müsahibəsində Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib. O, bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir: “Bu cür dərman vasitələrinin ölkəmizə idxalının qarşısının alınması üçün tərəfimizdən bütün rəsmi idxal olunan dərman vasitələrinin seriyalar üzrə keyfiyyəti yoxlanılır. Azərbaycanda olan qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılmış, ekspertizası aparılmış və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Asiya ölkələrində belə saxta və keyfiyyətsiz dərman vasitələrinin payı 30%-dir. Bu cür dərman vasitələrinin ölkəmizə idxalının qarşısının alınması üçün tərəfimizdən bütün rəsmi idxal olunan dərman vasitələrinin seriyalar üzrə keyfiyyəti yoxlanılır. Azərbaycanda olan qeydiyyatdan keçmiş dərman vasitələri keyfiyyəti yoxlanılmış, ekspertizası aparılmış və keyfiyyət standartlarına cavab verən dərman vasitələridir. Azərbaycanda qeydiyyata alınan dərman vasitələrinin 55,53%-i Avropanın nüfuzlu dərman istehsalçıları olan şirkətlərin dərman vasitələridir. Xəstələrin müalicələrində istifadə olunan bütün dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Dərman vasitəsinin keyfiyyətini və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə aparılan bütün fəaliyyətlər tərəfimizdən yoxlanılır və ona nəzarət edilir.

Dərman vasitələri hətta istifadə edildiyi zaman düzgün saxlanılmadıqda keyfiyyətini itirə bilər. Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var ki, bunlar da Səhiyyə Nazirliyinin icazəsi olmadan, laborator yoxlamalardan keçməmiş, dövlət qeydiyyatına alınmamış, naməlum yollarla ölkəyə gətirilmiş dərman vasitələridir. Onlara qarşı mübarizədə hər bir vətəndaşımızın köməyi vacib və əhəmiyyətlidir. Aşkarlanan faktlar tərəfimizdən araşdırılır və onların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür.

Bildiyiniz kimi, bu il noyabrın 4-də Analitik Ekspertiza Mərkəzi və Belarusun \”Səhiyyə xidmətində Ekspertiza və Tədqiqatlar Mərkəzi\” Ümumrespublika Unitar Müəssisəsi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalandı. Memorandumda dərman vasitələri, tibbi ləvazimat və tibbi texnikanın ekspertizası, onların keyfiyyətinə nəzarət, farmakoloji nəzarət, dərman vasitələri və tibbi ləvazimatların qeydiyyatında, dövriyyəsində beynəlxalq standartların tətbiq edilməsinə dair tövsiyələrin hazırlanmasına dəstək və s. kimi məsələlər üzrə əməkdaşlıq öz əksini tapıb.

Kontrafakt və saxta məhsullara qarşı mübarizə üsulları sahəsində əməkdaşlıq da memorandumun əsas məqsədlərindən biridir. Hər sahədə olduğu kimi, kontrafakt və saxta məhsullara qarşı mübarizədə də informasiya təhlükəsizliyi böyük rol oynayır. Belə ki, informasiya mübadiləsi, informasiyanın operativ ötürülməsi və informasiya üzrə qarşılıqlı tədbirlərin görülməsi saxta dərmanlara qarşı mübarizədə effektiv üsullardan biridir.

İnterpress.az