Obamanın son çıxışıbackend

Obamanın son çıxışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Amerikanın sabiq dövlət başçısı 8 illik hakimiyyət dövrünün son çıxışını Amerika Xüsusi Əməliyyatlar və Mərkəzi Qüvvələr Komandirliyinə ev sahibliyi edən Florida ştatında edib.

Vəzifəyə gəldiyi ilk gündən terror təşkilatları və radikal qruplaşmaların Amerikaya qarşı hücum etməyi planlaşdırdıqlarını və Obama rəhbərliyinin bu planları puça çıxardaraq ölkəsində sabitliyin yaranması üçün əlindən gələni etdiyini söyləyən dövlət başçısı bir rəhbər olaraq öz təriflə bəhs edib: \”8 ildir ki, dövlət başçısıyam. Bu dövrdə hər hansısa bir terror təşkilatı ölkəmizdə heç bir terror hadisəsi törədə bilməyib. Onların bütün planlarını alt-üst edərək, qurduqları hiyləyə özlərini salmışam. Qeyd edim ki, ABŞ ordusunun böyük bir hissəsinin, təxminən 180 min əsgərinin İraq və Əfqanıstanda olduğu halda mən bunu bacarmışam.” deyə söyləyib.

Sabiq prezident dediklərinə, Əl-Qaidənin bu dövrdə necə gücünü itirdiyini və İŞİD-in əldə etdiyi Suriya torpaqlarının yarısından çoxusunu itirməsini nümunə gətirib.
Obama Amerika vətəndaşlarının ola biləcək hər hansısa bir təhdidə qarşı birləşib lazımlı addımların atılmasının vacib olduğunu da vurğulayıb: \”Amerika ordusu hər cür vəzifənin öhdəsindən gələ bilər. Biz dünyanın həsəd apardığı bir gücə sahibik. Lazımı zamanda da radikal qərarlar verməyi bacarırıq. Lakin, gücümüzü xüsüsilə də terror qruplaşmalarının məhvinə sərf etməliyik. Dünyanın digər ucundakı qarşıdurmaların həlli üçün ordumuzun səfərbər edilməsinin ağılsızca olduğunun israrcısıyam”.

Sabiq dövlət başçısı Barak Obama çıxışından sonra alqışlarla uğurlanıb.

İnterpress.az