“Zon” rəisləri Covdarov uğrunda savaşa başladıbackend

“Zon” rəisləri Covdarov uğrunda savaşa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hazırda Bakı Hərbi Məhkəməsində mühakimə edilən MTN generalı Akif Çovdarovla bağlı Moderator.az-a olduqca ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, A.Çovdarovla bağlı məhkəmə prosesinin nə zaman yekunlaşacağı bəlli olmasa da, MTN generalı üstündə “zon” rəisləri arasında artıq indidən sözün həqiqi mənasında savaş başlayıb. Belə ki, hər bir cəzaçəkmə müəssisəsinin rəhbəri A.Çovdarovun məhz onun “zon”una gəlişini arzulayır ki, buna səbəb MTN generalının sahib olduğu fantastik sərvətdir. “Zon” rəisləri hesab edir ki, A.Çovdarovun hətta məhbəs həyatı belə onları əhəmiyyətli dərəcədə varlandıra, şəxsi büdcələrini ciddi şəkildə artıra bilər.
Mənbənin məlumatına görə, vaxtiylə ovçu funksiyasını yerinə yetirən A.Çovdarovun indi ov qismində görünməsi nə qədər qəribə olsa da, reallıqdır və bu reallıq nəticə etibari ilə hansısa “zon” rəisini sonda həqiqətən də varlı edəcək.

İnterpress.az