“Kasıbların atası”nın milyonları var imişbackend

“Kasıbların atası”nın milyonları var imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 25 noyabrda vəfat edən \”Kasıbların atası” ləqəbli Fidel Kastronun 900 milyon dollarlıq bir sərvətə sahib olduğu aşkarlanıb. Bundan əlavə, sabiq liderin qızıl mədənlərinin olduğu da iddia edilir.

Lakin xalqı kasıblıq içində yaşayan Kastronun sahib olduğu malikanələr, yaxtalar və fabriklərin kimə qalacağı sual altındadır.

2006-cı ildən Forbes jurnalı tərəfindən əmlak varlığı araşdırılan Fidel Kastronun milləti aclıqla mübarizə apararkən milyon dollarlıq bir sərvəti gizlətməsi də əhali tərəfindən qəzəbə səbəb olmuşdu. Amma Kastro jurnalın bu iddiasını təkzib edərək şəxsi mal varlığının olmadığını söyləmişdi.

Hökumətdəki vəzifəsindən əlavə, Fidel Kastronun narkotik qaçaqmalçılığından da gəlir əldə etdiyi və Kubanın paytaxtı Havanada yaşaması üçün icazə verilmiş və təhlükəsizlik tədbiri alınmış bir qrup şəxsin Kastronu maliyyə ilə təmin etdiyi də iddialar arasındadır. Forbes jurnalı liderin mal varlığının nələrdən ibarət olduğunu açıqlamasa da onun şəxsi cangüdənlərindən Juan ReinaldoSanchezdən lider haqqında \”Fidel Kastronun ikili Həyatı\” (The Double Life of Fidel Castro) kitab yazaraq, Fidelin 20-dən çox malikanəyə sahib olduğunu açıqlayıb.

Başqa bir ispan qəzeti olan ABC isə Kastronun adalarının, qızıl mədənlərinin, vertolyot meydançalarının və fabriklərinin olduğunu yazıb.

Məlumat üçün bildirək ki, mirasının kimə qalacağı böyük müəmma olan Kastronun Kubanın mövcud lideri Raul Kastro, digəri də Xuanita Kastro olmaqla iki bacı və qardaşı var. Lakin Xuanitanın \”Canavar\” deyərək xarakterizə etdiyi qardaşının mirasını rədd etdiyi bildirilir.

Sabiq liderin 9 övladı var. Qızı Alina Fernandez, insan hüquqlarını pozması səbəbi ilə dövlət tərəfindən ABŞ-a sürgün edilib. (bakipost.az)

İnterpress.az

“Kasıbların atası”nın milyonları var imiş

Sabiq liderin digər övladları isə Kubada yaşayır. Onun övladlarının yaşayış səviyyələri haqqında heç bir açıqlama verilmir. Amma Raul Kastronun keçmiş vəzifəli işçilərindən olan Miami Heraldın bir qəzetə verdiyi müsahibədə \”Fidelin uşaqları yoxsulluqdan və ataları tərəfindən tərk edildiklərindən şikayət etməyə başlayarsa böyük fəlakət olar\” sözlərindən onların necə yaşadığı az-çox məlum olur.