Məşhur narkobaronu qarət etdilərbackend

Məşhur narkobaronu qarət etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Popeye motosikletli iki şəxs tərəfindən qarət edilib.

Avtomobili ilə Meksikanın ikinci ən böyük şəhəri sayılan Medellində hərəkət edərkən durdurulan Popeye baş verən hadisəni polisə danışıb. Oğrular onun mobil telefonunu, qızıl bilərziyini və bahalı eynəyini götürərək qaçıblar.

Popeye ləqəbli Velaskez 22 il həbsxanada yatdıqdan sonra iki il əvvəl azadlığa çıxıb. O, 300 nəfəri qətlə yetirdiyini etiraf etmişdi.
Velaskez həbsdən çıxdıqdan sonra ikinci dəfədir ki, oğruların hədəfi olduğunu bildirsə də, polis idarəsindən belə bir məlumatın daxil olmadığı bildirilib.
Popeye eyni zamanda şəhər rəhbərliyindən narazılıq edib və motosikletçilərin çox olduğunu bildirib.

İnterpress.az