İnterpress.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları bomba yüklənmiş avtomobillə Türkiyə Silahlı Qüvvələrinin kommando taborunun yerləşdiyi məntəqəyə hücum edib. Partlayış və daha sonra başlayan atışmalarda 2 türk əsgəri həlak olub, 12-si yaralanıb. Azad Suriya Ordusu əsgərləri arasında da yaralılar var. Yaralılar Türkiyənin Qaziantep şəhərinə aparılıb.
Qeyd edək ki, Türkiyə 106 gündür Suriya ərazisində “Fərat qalxanı” adı verilən hərbi əməliyyat həyata keçirir.
İnterpress.az