Bakının mərkəzində mağazadan 40 mobil telefon aparıldıbackend

Bakının mərkəzində mağazadan 40 mobil telefon aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini Nazim Məmmədəliyevə məxsus mağazadan 40 ədəd mobil telefon və aksüssuarları, noutbuk və 80 ədəd mobil telefon nömrəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Abışov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan İbrahimov tutulub.

F.Abışovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Yusif Orucovla birgə bir mağazadan spirtli içki oğurlaması da müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə Y.Orucov da tutulub.

İnterpress.az