Müşfiqabadda ibtidai sinif uşaqları soyuqdan donurbackend

Müşfiqabadda ibtidai sinif uşaqları soyuqdan donur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BakiPost.az-a məktəbdə təhsil alan şagirdlərin valideynləri şikayət edib. Bildiriblər ki, məktəb direktoru onunla problemi danışmağa gedən valideynləri təhqir edib: \”Məktəbin az yaşlı şagirdləri əsas korpusa köçürülüb. Amma bu, bizi qane etmir. Çünki həmin korpusun şəraiti ibtidai siniflərin şagirdləri üçün uyğun deyil. Demək olar ki, o korpusda istilik sistemləri, ümumi olaraq şərait yoxdur. Uşaqlarımız böyük siniflərin şagirdlərinin ayaqları altında qalır. Bu səbəbdən biz uşaqlarımızın əvvəlki ibtidai korpusda və siniflərdə təhsilini davam etdirməsini istəyirik. Şikayətimizi direktor Atakişi Cəfərova bildirmək üçün yanına getdik. Amma direktor bizi acılayıb təhqir elədi. O, uşaqlarımızın ibtidai korpusda qalmasını istəmir. Çünki 5 yaşlı uşaqları həmin korpusa qoyub. Onların orada dərs keçməsini istəyir”.

Məktəbin direktoru Atakişi Cəfərov məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, valideynlərin narazılıqları əsassızdır:\”Hazırda 9 məktəbəqədər hazırlıq qrupu yaranıb. O qruplar 5 yaşlı uşaqlardan ibarətdir. İbtidai siniflər üçün olan korpusda 20 otaq var. Həmin otaqların 11-ində 1-ci siniflər, 9-da isə 5 yaşdan ibarət olan məktəbəqədər hazırlıq qrupları təhsil alır. 2-ci siniflərdə oxuyan uşaqların 7 yaşı olduğu üçün onları əsas korpusa keçirtmişəm. Əsas korpus onların heç də dediyi kimi deyil. Həmin korpus tam şəraitli və işıqlıdır. Bizim məktəbimiz 2 ildir ki, dövlət proqramına salınıb, bərpa olunub. Həmin uşaqlar əvvəl də əsas korpusda idilər. Necə olur ki, həmin vaxt onlara soyuq olmurdu, amma indi narazılıq edirlər? Özüm də əsas korpusda otururam. Bu korpusun bütün otaqları işıqlı, isti və genişdir”.

İnterpress.az