Qəzalı binalarla bağlı təkliflər prezidentə təqdim olunacaqbackend

Qəzalı binalarla bağlı təkliflər prezidentə təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, hazırda Bakı şəhərində qaçqın və məcburi köçkünlərin yaşadığı 115 binanın qəzalı vəziyyətdədir:

“Bəzən çıxışlarda qeyd olunur ki, onların problemi həll olunmur. Bakıda qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir.

Artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər. Cənab Prezident həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə çox ciddi yanaşaraq, gündəlik bu problemlərlə məşğul olub. Mən 9 aylıq sosial-iqtisadi yekunlarla bağlı keçirilən iclasda bu məsələ ilə bağlı məlumat vermişəm.

Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri Samir Şərifova və mənə tapşırıq verib. Büdcə müzakirələrindən sonra təkliflər hazırlanacaq və Prezidentə təqdim edəcəyik”.

İnterpress.az