Məhkəməyə xərəkdə gətirilən məhbus qadına 11 il cəza verildibackend

Məhkəməyə xərəkdə gətirilən məhbus qadına 11 il cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prosesə hakim Azər Orucov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Ceyran Rüstəmova 11 il, Reyhan Hüseynova 11 il, Yaşar Rəsulov 9 il 6 ay, Kəmalə Rüstəmova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ağır xəstə olan C.Rüstəmova məhkəmə binasına xərəkdə gətirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldatmaqda təqsirli biliniblər. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər. Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə, ona 100 min manat ipoteka şəklində kredit söz verilib. Bütün sənədlər imzalanıb və ona pulu tez bir zamanda götürəcəyi deyilib. Əslində isə, qol çəkilən sənədlər alqı-satqı müqaviləsi olub. Həmin şəxslər Suraxanı rayonunda polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. (virtualaz.org)

İnterpress.az