Türkiyəli diplomatın Almaniyada saxlanılması Ərdoğanı hiddətləndirdibackend

Türkiyəli diplomatın Almaniyada saxlanılması Ərdoğanı hiddətləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomatik pasportu oğurlandığına görə xanım diplomat Almaniya aeroportunun əməkdaşları tərəfindən kobudluqla qarşılanıb və hava limanında saatlarla saxlanılıb.

Almaniyaya səfəri zamanı Bağçaqapılının içərisində pul və sənədləri olan çantası oteldəcə oğurlanıb. Türkiyəli diplomat polisə gedərək hadisə ilə bağlı şikayət edib. Oğurlanmış pasportun əvəzinə isə səfirlikdən ona müvəqqəti sənəd təqdim olunub. Lakin, hava limanında bu sənəd qəbul edilməyib.

Baş vermiş hadisə Ərdoğanı da hiddətləndirib. O, məsələyə bu cür reaksiya bildirib:

“Terrorçunu ölkənə qəbul edirsən, saxlayırsan, lakin, Türkiyə Böyük Millət Məclisinin sədr müavini və heyətini qapıda gözlədirsən. Əgər sənin polisin xanım diplomata qarşı bu cür kobud davranırsa, o zaman bunun eynisini da biz edəcəyik.” ( aznews.az )

İnterpress.az