İnterpress.az xəbər verir ki, Novruzovun saxlanılması keçmiş MTN başçısı Eldar Mahmudovun cinayətkar dəstəsinə daxil olmuş “reket jurlanislər”ə qarşı miqyaslı mübarizənin bir hissəsidir.
Məlumata görə, Asəf Novruzov “Azərbaycan” nəşriyyatının binasında tutulub.
Xatırladaq ki, bu gün daha öncə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Qabil Vəliyev tutulmuşdu. Reketçilər özlərini jurnalist kimi qələmə verərək, iş adamlarını, məmurları, müxtəlif dövlət idarələrinin əməkdaşlarını ifşaedici materialların yayılması ilə şantaj edirdilər. (apa)
İnterpress.az