Bir ailənin düşdüyü qəzanı “Qarabağ”ın qapıçısı törədib -Yenilənibbackend

Bir ailənin düşdüyü qəzanı “Qarabağ”ın qapıçısı törədib -Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücünün “Qarabağ” futbol klubunun oyunçusu olduğu müəyyənləşib.

İnterpress.az xəbər verir ki, “BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobili idarə edən Emil Balayev “Qarabağ” futbol klubunun qapıçısıdır.

***

İnterpress.azın xəbərinə görə, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Bağırov Əbdulbağır Zərbi oğlu, Bağırova Günel Məzahir qızı və onun qucağındakı övladı 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Onların üçü də xəstəxanaya çatdırılıb. Ə.Bağırov və G.Bağırova xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. X.Bağırovun isə hadisə yerində öldüyü müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

İnterpress.az