“Leyla Əliyeva iki ölkə arasında dostluq üçün çox iş görür”backend

“Leyla Əliyeva iki ölkə arasında dostluq üçün çox iş görür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”Report\”a açıqlamasında Moskva Vilayət Dumasının Ekologiya və Təbiətdən istifadə Komitəsinin sədr müavini, \”Vahid Rusiya\” partiyasının üzvü Qalina Utkina bildirib.
\”Leyla Əliyevanın etdikləri, onun unikal layihələri, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində, təkcə Rusiya üçün yox, həm də qlobal baxımdan əhəmiyyətə malikdir. O, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün çox iş görür. Bu isə yekun nəticədə hər tərəfə faydalıdır\” – Q.Utkina söyləyib.

Deputat eyni zamanda Rusiyadakı Azərbaycan diasporunun, xüsusilə onun gənclər qanadının fəal olduğunu qeyd edib.

\”Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) İstrinski şöbəsinin timsalında diaspor son parlament seçkiləri zamanı mənə çox yardım etdi. Gənc azərbaycanlı könüllülər seçicilərlə görüşlər zamanı kömək göstərdilər. Bütün bunlar tamamilə qarşılıqsız edilib. Diaspor nümayəndələri həmçinin İstrinski rayonunun administrasiyası ilə fəal əlaqədədir\” – Duma komitəsinin sədr müavini bildirib.

Moskva vilayəti ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunan Q.Utkina Azərbaycan kənd təsərrüfatı məhsullarının Qərbin sanksiyaları ilə əlaqədar yaranmış böhranın pik vaxtında rusiyalılara kömək olduğunu diqqətə çatdırıb.

\”İndi sənaye istehsalının yaradılması və bu sahədə Azərbaycanla qarşılıqlı münasibətlərin formalaşdırılması istiqamətində Rusiyanın addım atmasının növbəsidir\” – deputat bildirib.

\”2002-ci ildən Moskva vilayəti və Azərbaycan arasında ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında hökumətlərarası saziş qüvvədədir. Moskva vilayəti Azərbaycana yüngül, yeyinti və kimya sənayesi məhsulları, eləcə də maşınqayırma məhsulları təklif edə bilər\” – Q.Utkina vurğulayıb.

İnterpress.az