“SSRİ-nin dağılmasını Rusiya rəhbərliyi istəyirdi”backend

“SSRİ-nin dağılmasını Rusiya rəhbərliyi istəyirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qorbaçov İnterfax-a müsahibəsində bildirib ki, o vaxt SSRİ-nin dağılmasının qarşısını almaq olardı.

“Desentralizasiya aparmaq lazım idi, belə ki, yeni respublikalar həm iqtisadi, həm də sosial istiqamətdə çox inkişaf etmişdirlər. Onlar faktiki olaraq sərbəst dövlətlərə çevrilmişdilər. Bunu nəzərə almaq lazım idi”, – sabiq prezident deyib.

Qorbaçovun sözlərinə görə, ölkəni dağıtmaq istəyənlərin qarşısını almaq mümkün olmadı.

“Mən ilk dəfə ağrı ilə xatırlatmaq istəyirəm ki, İttifaqı cəmiyyətin gözü önündə dağıdırdılar. Mən hər yerdə İttifaqın saxlanılmasına çağırırdım, xalq isə susurdu. Hər şeyi başa düşən ziyalılar da susurdular. Niyə? İnandılar ki, MDB də dövlətlər İttifaqı olacaq”, – SSRİ-nin keçmiş prezidenti qeyd edib.

“Onlar prezident olmaq istəyirdilər. İttifaqın dağılmasını ən çox Rusiya rəhbərliyi istəyirdi”, – Qorbaçov qeyd edib.

İnterpress.az