İnterpress.az BBC-yə istinadən xəbər verir ki, döyüş təyyarələri İraqın qərbindəki Əl Kaim bazarını \”səhvən” bombalayıb. Hadisə zamanı 50 nəfər ölüb. Həyatını itirənlər arasında uşaq və qadınların çoxluq təşkil etdiyi bildirilib.
\”Reuters\” ölü sayını 55 olaraq açıqlasa da, İraqın millət vəkillərindən Muhammed Karbouli hücumda ən az 60 nəfərin öldüyünü söyləyib. Hücumun kim tərəfindən törədildiyi məlum deyil. Əl-Cəzirəyə danışan İraq ordusunun rəsmiləri isə hadisənin elə İraq ordusuna aid təyyarələr tərəfindən səhvən törədildiyini söyləyib. Rəsmilər bazarın yerinə İŞİD-in baza olaraq istifadə etdiyi bir məscidə hücum planlaşdırıldığını deyib.
Qeyd edək ki, hadisə ilə bağlı İraq hökuməti tərəfindən rəsmi açıqlama verilməyib.
İnterpress.az