İnterpress.az xəbər verir ki, xanım Kardasyan guya bildirib ki, bu qərarı \”bu nikahın onu əl-qolunu bağdağına\” əmin olduqdan sonra qəbul edib.
US Weekly məcmuəsi Kardasyan-ın yaxın rəfiqələrindən birinə istinadən iddia edib ki, 36 yaşlı teleulduz \”boşanmaq istəyir\”.
Amerika məcmuəsi yazır ki, \”onun bundan sonra nə edəcəyi bilinmir, lakin o bu evlilikdə qalmaq istəmir\”.
Media iddialarına görə Kardasyan 32 aylıq bu izdivacın onun üçün \”məhbəsə çevrildiyini\” və övladları – 3 yaşlı North və 12 aylıq Saint-in onunla qalmaları üçün məhkəməyə müraciət edəcəyini bildirib.
\”The Telegraph\” yazır ki, Kardasyan-West ittifaqının çat verdiyi barədə dedi-qodular artıq aylardır ortalıqda dövran edirdi.
Münasibətlərin xüsusilə də ötən avqustda Kardashian-ın uşaqlarını əri olmadan Meksikaya tətilə aparmasından sonra gərginləşdiyi xəbər verilir.
Bundan başqa ərlə arvadın bir-birinin iş qrafikindən tutmuş maliyyə işlərinə qədər narazı olduqları söylənir.
Ötən noyabrda Kim Kardasyan demişdi ki, West -in ailə evinə etdiyi bahalı və çoxsaylı dəyişikliklərdən \”səbirsiz\” olub.
Hər iki tərəf üçün 2016-cı ilin sonları xoşagəlməz hadisələrlə yadda qalıb. Oktyabr ayında Kardasyan Parisdəki mehmanxana otağında silahlı qarətə məruz qalıb.
Lap bu yaxınlarda isə West ABŞ boyunca turlarını səhhətinə görə təxirə salıb. Ona psixoz diaqnozu qoyuluğu xəbər verilir. Lakin reperin xəstəxanada olduğu bir həftə ərzində Kim onun yanında olub.
\”The Telegraph\” yazır ki, Kardashyan-ın və West-in təmsilçiləri xəbərlər barədə şərh verməkdən imtina ediblər. (bbc)
İnterpress.az