Habil Vəliyevlə bağlı yeni faktlar – DSK sədri imiş…backend

Habil Vəliyevlə bağlı yeni faktlar – DSK sədri imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, Habil Vəliyev əslən Zəngilanın Həkəri kəndindəndir. Həmin mənzili də köçkün kimi qeydiyyata düşərək alıb. Amma 3 ildir mənzildə yaşayış olmamasına baxmayaraq, nədənsə reketçilikdə ittiham olunan \”jurnalist”ə \”Dövlətqaçqınkom” tərəfindən gözünün üstdə qaşın var deyən olmayıb.

Qeyd edək ki, Habil Vəliyev eyni zamanda \”Yeni Əkinçi\” qəzetlərinin, \”Kanal M5\”, \”M5 Pressa\” və \”Bakı TV\” internet telekanalının rəhbəridir.

MSK-dan verilən məlumata görə, Habil Vəliyev həm də seçki məntəqəsinin sədriymiş.

Belə ki, o, hazırda da 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının (DSK) 6 saylı Seçki Məntəqəsində sədridir. Bu həbsdən sonra Vəliyevin məntəqə sədrliyindən uzaqlaşdırılması məsələsinə baxılacaq.

İnterpress.az