576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaqbackend

576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu dəyəri yeddi milyon manat həcmində müəyyənləşən açıq tenderinə yekun vurub.

Dövlət elektron satınalmaları portalından əldə olunan məlumata əsasən, müvafiq tender üzrə Fond “Bakı Abadlıq Xidməti” MMC ilə müqavilə bağlayıb.

Tenderin məzmununa əsasən, Bakı şəhərinin Sabunçu rayonunun, Maştağa qəsəbəsində, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2.76 ha ərazidə tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub.

Bununla da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması planlaşdırılır.

Belə ki, tikinti müddətində mühəndis kommunikasiyaları və texnoloji avadanlıqlar şirkət tərəfindən təmin ediləcək.

Bu işlərin həyata keçirilməsinə 7 milyon 5 min 86 manat sərf olunacaq.

 

İnterpress.az