Körpə ölümünün sayı – Statistikabackend

Körpə ölümünün sayı – Statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın statistik məlumatlara əsasən verdiyi xəbərə görə, 1990-2015-ci illər ərzində 64556 körpə ölümü baş verib ki, onlardan 31 484-ü şəhər, 33 072-i isə kənd yerlərində olub.

Bu illər ərzində ən çox körpə ölümü 1993-cü ildə (4989), ən azı isə 2015-ci ildə (1580) qeydə alınıb.
Ötən 25 ildə hər 1000 nəfər dirido ğulana düşən körpə ölümlərinin də göstəricisi (faizi) xeyli aşağı düşüb. Belə ki, əgər 1990-cı ildə Azərbaycanda körpə ölümü hər 1000 diri doğulana 23% təşkil edibsə, 2015-ci ildə bu rəqəm 11% olub.

2015-ci ildə baş verən körpə ölümlərinin sayı əvvəlki illərlə müqayisədə artıb. 1999-2014-cü illər ərzində Azərbaycanda baş verən ölümlərin sayı 2 mini keçməyib. Lakin ötən il 1 yaşınadək ölən körpələrin sayı bir qədər artaraq 2033 nəfər olub.

İnterpress.az