Marşrut xətti ilə bağlı sayt istifadəyə verildibackend

Marşrut xətti ilə bağlı sayt istifadəyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər paytaxtımıza gələn turistlərinin sayının da artması nəqliyyat sistemində yeniliklərin və xidmətlərin tətbiqini zəruri edib. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, hava yolu ilə paytaxtımıza gələn turistlərin şəhər mərkəzinə gediş-gəlişini asanlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Hava limanı” – “28 may” express xətt avtobusu istifadəyə verildi. Express xətt avtobusundan əsasən ölkəmizə səyahət edən xarici ölkə vətəndaşlarının istifadə etməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu marşrut xətti ilə bağlı bütün məlumatları özündə əks etdirən internet resursu olan www.aeroexpress.az saytını istifadəyə verib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yaxın vaxtlarda paytaxtın ictimai nəqliyyat şəbəkəsi ilə bağlı müfəssəl məlumatları və elektron xidmətləri əhatə edən daha bir neçə internet saytı istifadəçilərə təqdim edəcək.

İnterpress.az