İnterpress.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunan “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı iki həftəlik seminarın yekun tədbirində deyib.
QMİ sədri bildirib ki, dində müxtəlif cəryanların ortaya çıxıb yayılması normal qarşılana bilməz: \”Hər başına papaq qoyanın özünü molla kimi təqdim etməsi xalqımızın dindarlarımıza olan inamını azaldıb”.
A. Paşazadə QMİ-nin Şabran rayonunda 1770 hektar torpaq sahəsinin olması haqda deyilənlərə da aydınlıq gətirib: \”Bir vaxtlar yazırdılar ki, Qafqaz Müsəlmanları İdarəsi 1770 hektar torpağı dövlət əlindən alıb: “O məlumat düzgün araşdırılmadan yazılmışdı. Çünki həmin torpağı biz könüllü şəkildə Özbəkistanın Fərqanə şəhərindən gələnlərə vermişdik”.
İnterpress.az