İnterpress.az xəbər verir ki, aparıcının saatda 120 km sürətlə idarə etdiyi avtomobil Gənclik-Mall yaxınlığında səkiyə çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan şoumen 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hazırda xəstəxana şəraitində müalicə alan teleaparıcı Moderator.az-a açıqlamasında 13 gun reanimasyada qaldığını deyib:
\”Sonra Bakı Sağlamlıq Mərkəzində yatdım. 9 qabırğam sınmışdı, qabırğam ciyərlərimi deşmişdi. Sol ciyərimi 15 gündə sağaltdılar”.
Qeyd edək ki, İlhan Özbay uzun müddət Ans, ATv, ELltv, Space telekanallarında \”Canlı pul\” ,\” Qafqazlardan əsən yellər”, “Türkün məsələi”, “Başlanğıc.plus” proqramlarının aparıcısı olub. Həmçinin “Ögey ata”, “Bozbaş”, “Hörümçək toru”, “Tək olanda qorxma” seriallarında aktyor kimi rol alıb. (moderator.az)
İnterpress.az