İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda taxta konstruksiyadan ibarət ümumi sahəsi 30 m2 olan tikili yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ərazidə olan ağaclar və digər tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az