İnterpress.az xəbər verir ki, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən şəxslər Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər.
Xatırladaq ki, Surxay Əliyev və adamları insanların intim videogörüntülərini yaymaqla onları şantaj etməkdə şübhəli bilinirlər. Habil Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə ittiham edilir.
İnterpress.az