Ukrayna münaqişəsində 9 700 insan həlak olubbackend

Ukrayna münaqişəsində 9 700 insan həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”Report\” Ukraynada insan hüquqlarına dair BMT-nin Monitorinq Missiyasının növbəti rüblük hesabatına istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, 2014-cü il aprelin ortalarından 2016-cı il dekabrın 1-dək ölənlərin sayı 9 758, yaralıların sayı isə 22 779 nəfər təşkil edib.
Bildirilir ki, bura Ukrayna Silahlı Qüvvələrinin, mülki vətəndaş və silahlı qruplaşma üzvlərinin itkiləri daxildir. Həlak olanların 2 000-dən çoxu mülki vətəndaşlardır. Bura həmçinin Donbassda qəzaya uğramış \”Boeing\”də olan 298 sərnişin və ekipaj üzvləri də daxildir.
Ümumiyyətlə, münaqişə zamanı yaralanan mülki vətəndaşların sayı isə 7 min nəfərə yaxındır.

İnterpress.az