İnterpress.az-ın məlumatına görə, TASS xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Seçki üzrə Federal Komissiyası yayıb.
İnformasiyaya əsasən, Donald Trampın Demokratlardan olan rəqibi Hillari Klinton isə bu seçki kampaniyasına 565 milyon dollar xərcləyib.
Məlumatda bildirilib ki, D.Trampın seçki kampaniyası fonduna ümumilikdə 340 milyon dollar ianə yığılıb. Bu məbləğin 66 milyon dollarını ABŞ-ın yeni seçilən prezidenti öz hesabından köçürüb.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun seçki fonduna isə 581 miyon dollar ianə toplanıb.
İnterpress.az