İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz “Twitter” səhifəsində bildirib.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə ötən gün Hambuqrda Ermənistan, Azərbaycan və Minsk qrupunun həmsədrinin iştirakı ilə görüş keçirilib”, – deyə Balayan yazıb.
Qeyd edək ki, ötən gün ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
İnterpress.az