Misirdə teror – dörd polis əməkdaşı həlak oldubackend

Misirdə teror – dörd polis əməkdaşı həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qahirənin Əl-Haram rayonunun küçəsində kustar üsulla hazırlanmış bombanın partladılması nəticəsində 4 polis əməkdaşı həlak olub.

Partlayışdan dərhal sonra Misir mətbuatı polis əməkdaşlarının yaralı olduğunu bildirsə də, onlar həlak olub.

Hadisə gecə klubları və kazinoların yerləşdiyi küçədə baş verib. Bomba polis postuna yaxınlıqda yerləşən zibil qabına yerləşdirilibmiş.

Polis əməkdaşları hadisə yerinə yaxın bütün yolları bağlayıblar. İstintaq başlayıb.

İnterpress.az