“Qarajda 3 avtomobili olanlar piyada gəzir”backend

“Qarajda 3 avtomobili olanlar piyada gəzir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, avtomobil bu gün insanların həyat ortağına çevrilib: \”Bu metal vəBu plastmas yığını bizim çox acgöz həyat ortağımıza çevrilib, çoxumuzun da xəbəri yoxdur. Orta statistik bir avtomobilin alınmasına və saxlanılmasına çəkilən xərc bir ailə üzvünə çəkilən cari xərcdən artıqdır. Bu yaramaz planetin enerji ehtiyatını, oksigen ehtiyatını da insanlardan artıq dərəcədə tükədir. Hələ qəzaları və digər hadisələri demirəm”.

Ərşad Hüseynov qeyd edib ki, avtomobil əvəzinə ictimai nəqliyyatı yaxşılaşdırmaq lazımdır: \”Bundan əlavə, müasir sağlam həyat tərzinə uyğun yerdəyişmə vasitələri, xüsusən velosiped və piyada gəzmə daha geniş yayılmalıdır. Kimsə buzdan çəkinib, yola avtomobilsiz çıxırsa, onu alqışlayıram. Düşünürəm ki, elə yaxın gələcəkdə normal havada da belələri ilk olaraq avtomobili həyətdə qoyub piyada gəzəcəklər. Məsələn, qərbdə və Uzaq Şərqdə velosipedin çox geniş yayılması təsadüfi deyil. Həmin ölkələrdə insanlar artıq avtomobilləşmənin fəsadlarını çox gözəl anlayıblar və qarajda 2-3 avtomobili olanlar da piyada, velosipedlə, avtobusla və metro ilə gəzirlər”.

İnterpress.az