Bakı Nəqliyyat Agentliyindən –İnterpress.az-a verilən məlumata görə, dekabrın 10-da saat 22:00-dan səhər saat 5:00-dək Dilarə Əliyeva küçəsinin “Azadlıq” prospekti ilə kəsişməsindən Süleyman Rüstəm küçəsi ilə kəsişməsinədək olan hissədə (Rəşid Behbudov küçəsi istiqamətində) yol bağlanacaq. Yolun bağlanmasına səbəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Dilarə Əliyeva 227 ünvanında yerləşən 2-ci korpusunda aparılan təmir işləridir. Sürücülərdən yolun bağlı olduğu saatlarda alternativ olaraq “28 may” küçəsindən istifadə etmələri xahiş olunur.
İnterpress.az-