Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaqbackend

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadacaq.

Bu barədə “Reuters” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb: “Heç bir şübhə yoxdur ki, sanksiyaların müddəti uzadılacaq. Çox güman ki, bu, dekabrın 20-dək baş tutacaq”, deyə mənbə bildirib.

Dekabrın 15-16-da Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək. Tədbir çərçivəsində Fransa və Almaniya liderləri Ukraynadakı son vəziyyətlə bağlı sammit iştirakçılarını məlumatlandıracaqlar. Sanksiyalar əsasən maliyyə, müdafiə və energetika sahələrini əhatə edir.

İnterpress.az