İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, aviasiyanın endirdiyi iki aviazərbə nəticəsində İraq ordusunun 90 hərbçisi ölüb, 100 dən çoxu yaralanıb.
Bundan başqa İraq ordusunun hərbi texnikası iflic vəziyətə düşüb. Nəticədə hərbçilər geri çəkilməyə məcbur olub.
Bildirilir ki, ən çox zərbə alan doqquzuncu diviziyanın bir neçə hərbçisi İŞİD-çilərə əsir düşüb.
Qeyd olunub ki, ABŞ hərbi aviasiyası səhvən İraq əsgərlərini bombalayıb.
İnterpress.az