İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, hadisə Qara dəniz sahillərində – Ordu şəhərində baş verib.
Məlumata görə, Azərbaycan əsilli 38 yaşlı İsmayıl Səmədov Ukraynadan Trabzona kömür daşıyan Komor adalarına aid yük gəmisində meydana çıxan dava zamanı bıçaqlanıb. Fatsa sahilindən 100 mil aralıda olan gəmidə baş verən hadisədən sonra Sahil Təhlükəsizlik Qaradəniz Komandanlığına məlumat verilib.
Hadisə ötən gün axşam baş versə də, hava şəraiti ilə bağlı olaraq yaralıya bu gün yardım göstərmək mümkün olub. Samsun Hava limanından təcili yardım həkimləri helikopterlə gəmiyə göndəriliblər. İ.Səmədov helikopterlə quruya çıxarılıb. Buradan isə o təcili yardım maşınına yerləşdirilərək xəstəxanaya aparılıb.
İkinci kapitan İsmayıl Səmədov xəstəxanada polisə ifadəsində bədbəxt hadisə nəticəsində yaralandığını deyib. \”Alma soymaq istəyirdim. Lakin dəniz dalğalı üçün özümü bıçaqladım\”.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
İnterpress.az