İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iclasda nazirlər və yüksək vəzifəli dövlət məmurları iştirak edəcək.
Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.
İnterpress.az