Azərbaycanda 600-dən çox vaqonun hərəkətində ləngiməbackend

Azərbaycanda 600-dən çox vaqonun hərəkətində ləngimə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”İnterfax\” agentliyinə istinadən xəbər verir ki, bu barədə \”Gürcüstan Dəmir Yolu\” SC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, oktyabrın 20-dən etibarən Xəzər dənizində müşahidə olunan anormal hava şəraiti səbəbindən Azərbaycandan Qazaxıstan istiqamətində daşımalar 16 sutkalıq çətinləşib: \”Nəticədə həm Gürcüstanın, həm də Azərbaycanın dəmir yollarında sıxlıq yaranıb. Dekabrın 7-ə olan məlumata əsasən, hər iki ölkənin dəmir yollarında 1045 bərə vaqonu qalıb ki, bundan 602-si Azərbaycan ərazisində, 443-ü isə Gürcüstan ərazisindədir. Rəqəmlər hər gün artım baş verməkdədir\”.

Bildirilib ki, problemin aradan qaldırılması üçün \”Gürcüstan Dəmir Yolu\” SC \”Azərbaycan Dəmir Yolları\” QSC ilə koordinasiyalı şəkildə işləyir.

İnterpress.az