Bunu İnterpress.az-a təhsil üzrə ekspert Kamran Əsədov bakalavr və magistatura dərəcəsinə imtahan vermək üçün ödənişin tətbiq edilməsi doğrudurmu? sualına cavab olaraq bildirib.
Belə ki, ölkədə fəaliyyət göstərən bütün mobil operatorlardan və online ödəmə kartlarında TQDK-nın müəyyən etdiyi sms nömrələrdən imtahanlarda iştirak etmək üçün iş nömrəsi və şifrə əldə edilməlidir. Bunun üçün hər bir tələbə azı üç manat vəsait ödəməlidir. Bu o deməkdir ki, heç də TQDK-nın (DİM) keçirdiyi imtahanlar ödənişsiz olmayıb:
\”\”Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin və magistraturalarına qəbulu qaydalarının müvafiq müdəalarına görə Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il Fərmanı ilə TQDK-nı əvəz edərək yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və o keçirdiyi imtahanlara, göstərdiyi xidmətlərə görə ödənişləri özü müəyyən edəcək. Xatırladım ki,, DİM yaranandan bir müddət sonra onun sədri imtahanların keçrilməsi üçün indiyə qədər abituriyentlərin və tələbələrin ödədikləri xərcin az olduğunu və artırılmasının mümkünlüyünü demişdir. Lakin mən hesab edirəm ki, hal hazırda abituriyentlərin və tələbələrin imtahanda ödədikləri məmbləğ kifayət edir və onun artırılmasına ehtiyac yoxdur. Çünki TQDK-a (DİM) imtahanlar üçün ən çox xərci sual kitabçalarının hazırlanmasına sərf edir ki, onun da xərci iştirakçılar tərəfindən artıqlaması ilə ödənilir”.
Gülşanə Mustafayeva
İnterpress.az